Fahrettin Koca Misirdə səfərdədir

Nazir F.Koca Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzadan Türkiyeyə xərçəng xəstələrinin gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə səfərdədir.

2064752
Fahrettin Koca Misirdə səfərdədir

Səhiyyə naziri Fahrettin Koca Qəzzaya göndərilən səhiyyə yardımının koordinasiyasını və Qəzzadan Türkiyeyə xərçəng xəstələrinin gətirilməsini müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə səfərdədir.

Nazir F.Koca Qahirə Beynəlxalq Hava Limanında Misirin Səhiyyə naziri Xalid Əbdülqaffar və onu müşayiət edən rəsmi şəxslər tərəfindən qarşılanıb.

Nazir Koca daha sonra Misirin səhiyyə naziri Əbdülqaffar ilə görüşüb.

Nazir Koca və həmkarı Əbdülqaffar görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Nazir Koca burada verdiyi açıqlamada Qəzzadan olan uşaq və xərçəng xəstələrinin əvvəlcə Misirə, ikinci mərhələdə isə bəzi xəstələrin təcili yardım təyyarəsi ilə Türkiyeyə gətiriləcəyini açıqlayıb.

Nazir Koca daha sonra həmkarı Əbdülqaffar ilə birlikdə Nasser Xərçəng İnstitutu Xəstəxanasına gedib və Qəzzadan gətirilən yaralıları ziyarət edib.

Qeyd edək ki, keçən həftə səhiyyə naziri Fahrettin Koca həm İsrailin səhiyyə naziri Moşe Arbel, həm də Misirin səhiyyə naziri Əbdülqaffar ilə qəzzalı xəstələrin "Rəfah" keçid məntəqəsindən keçirilməsi üçün telefon diplomatiyası aparıb.

İndiyədək 10 təyyarə ilə Misirə təxminən 230 ton humanitar yardım materialı çatdıran Türkiye bölgəyə tibb personalı da göndərib.

Dərman, tibbi cihaz, 8 səhra xəstəxanası, 20 təcili yardım maşını və tibbi istehlak materialları da daxil olmaqla 50 konteyner və 660 ton material daşıyan Türkiye gəmisi də Ə- Ariş limanına çatıb.



Әlaqәli Xәbәrlәr