Ulu Öndər Atatürkü yad edirik

Bu gün Ulu Öndər Atatürkün vəfatının 85-ci ildönümüdür...

2062751
Ulu Öndər Atatürkü yad edirik
Ataturk.jpg

Bu gün Ulu Öndər Atatürkün vəfatının 85-ci ildönümüdür...

Hərbi və siyasi dühası ilə adını türk və dünya tarixinə qızıl hərflərlə yazdıran Mustafa Kamal Atatürk  10 noyabr 1938-ci il saat 09:05-də İstanbulda Dolmabaxça sarayında vəfat etdi.

Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümü ilə əlaqədar ölkə daxilində, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində və xarici ölkələrin səfirliklərində mərasimlər və tədbirlərlə yad edilir.

Tədbirlər çərçivəsində dövlət rəsmiləri paytaxt Ankarada Atatürkün cənazəsinin yerləşdiyi Anıtkabiri ziyarət ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Atatürkün məqbərəsi önünə əklil qoyub.

Anıtkabir xatirə dəftərini imzalayan Ərdoğan “Hörmətli Atatürk, ölümünüzün 85-ci ildönümündə sizi, döyüş yoldaşlarınızı, vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımızı və eyni ideal uğrunda qanlarını tökən qazilərimizi bir daha rəhmətlə yad edirik. Türkiyenin inkişafına, Türkiye Əsri"nin qurulmasına və millətimizin çoxəsrlik hədəflərinə çatmasında heç bir güc maneə ola bilməyəcəkdir" deyib.

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş paytaxt Ankarada Atatürkün cənazəsinin yerləşdiyi Anıtkabirdə keçiriləcək rəsmi mərasimdə və Prezident İqamətgahındakı Anım tədbirində  iştirak edəcək.

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiye Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar paylaşım edib.

N.Kurtulmuş sosial media hesabındakı paylaşımında bunları deyib:

"Türkiye Böyük Millət Məclisinin ilk Prezidenti və Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü vəfatının 85-ci ildönümündə ehtiramla yad edirik. Ruhu şad olsun. Canını Vətənimiz üçün fəda edən bütün şəhidlərimizin, vəfat edən bütün qazilərimizin məkanları cənnət olsun" deyib.

Xarici işlər naziri Hakan Fidan da sosial media hesabında Atatürkü yad etdiyi paylaşım edib.
Nazir Fidan paylaşımında "Fürsətdən istifadə edərək, milli xarici siyasətimizlə ölkəmizin suverenliyini və müstəqilliyini möhkəmləndirmək əzmində olduğumuzu bir daha vurğulayır, Qurtuluş Döyüşümüzün bütün qəhrəmanlarını, başda Qazi Mustafa Kamalı rəhmət və minnətdarlıqla yad etmək istərdim” deyib.

Türkiye Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun da sosial şəbəkədəki paylaşımında Atatürkü rəhmət və minnətdarlıqla yad edərək deyib:

“Bu torpaqları bizə vətən kimi qazandıran bütün qəhrəmanlarımızı minnətdarlıqla yad edirəm".

Din İşləri üzrə İdarə də Qazi Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümündə dərc etdiyi mesajla onu anıb.

Prezident Administrasiyası tərəfindən 10 Noyabr Atatürkü Anma Günü münasibətilə yayımlanan mesajda 100 illiyi tamam olan Cümhuriyyətin banisi Qazi Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümündə hörmət və minnətdarlıqla anıldığı bildirilib. 

Mesajda “Bizə böyük fədakarlıqla əmanət edilmiş cənnət vətənimizi, onun dəyərlərini möhkəmləndirməyi, gələcəyə daşımağı qəhrəman əcdadlarımıza, şanlı tariximizə sədaqət borcumuz kimi görürük. Şərəfli keçmişin övladları kimi , bugünkü borcumuz sivilizasiya dəyərlərimizi yaşatmaq, dövlətimizin yaşaması və millətimizin rifahı naminə bütün gücümüzlə çalışmaq, əcdadlarımızın tərtəmiz irsini gələcəyə daşımaqdır” deyilib.



Әlaqәli Xәbәrlәr