Türkiyenin terrorla mübarizəsi davam edir

Cari il Suriya və İraqın şimalında 1835 terrorçu zərərsizləşdirilib.

2062564
Türkiyenin terrorla mübarizəsi davam edir

Cari il Suriya və İraqın şimalında 1835 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində terrorla mübarizə ilə bağlı rəqəmlər paylaşılıb.

Türkiye Silahlı Qüvvələrinin PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı mübarizəsinin əzmlə davam etdiyi bildirilib:

“İraq və Suriyanın şimalı da daxil olmaqla bir həftə ərzində 33 terrorçu zərərsizləşdirilib, bununla da ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 1835-ə, 24 iyul 2015-ci ildən bu günə kimi isə 39 min 178-ə çatıb".

Açıqlamada ayın əvvəlində İraqın şimalındakı Hakurk, Qara və Qəndil bölgələrindəki terror hədəflərinin vurulduğu xatırladılaraq, "Hava əməliyyatları ilə terrorçuların məsul şəxslərinin də daxil olduğu hesab edilən mağara, bunker, sığınacaq və anbarlardan ibarət cəmi 27 hədəf hava əməliyyatları ilə uğurla məhv edilib və bir çox terrorçu zərərsizləşdirilib” deyilib.

İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyat bölgəsində çoxlu silah-sursat olan mağaranın, "Pəncə-Yıldırım" əməliyyat bölgəsində isə 6 sığınacaq və bir mağaranın məhv edildiyi bildirilib.

İlin əvvəlindən Suriyanın şimalında hərbçilərə qarşı 433 təqib və hücumun həyata keçirildiyi bildirilərkən, “19-u son bir həftədə olmaqla, dərhal və çoxsaylı cavab tədbirləri ilə 1340 terrorçu zərərsizləşdirilib” deyilib.



Әlaqәli Xәbәrlәr