Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan 8-9 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.

2061482
Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana səfər edəcək

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana səfər edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan 8-9 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.
Bu il 16-cı dəfə keçiriləcək sammit iki gün davam edəcək.
Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində  liderlərlə təkbətək görüşlər keçirəcək.
Sammitdə İsrailin Fələstinə hücumlarını dayandırması və ən qısa zamanda Fələstinə humanitar yardımın çatdırılması məsələləri də müzakirə olunacaq.
Sammit çərçivəsində  üzv ölkələr arasında ticarət, iqtisadi və mədəni əməkdaşlığın inkişafı istiqamətində addımlar atılacaq.
Regional məsələlərin də müzakirə olunacağı sammitdə bölgə ilə Türkiye arasında birbaşa quru əlaqəsi yaradacaq Zəngəzur dəhlizi məsələsi də qiymətləndiriləcək.



Әlaqәli Xәbәrlәr