Əli Yerlikaya: ''On ayda 721 terrorçu zərərsizləşdirilib''

Türkiyenin daxili işlər naziri Əli Yerlikaya 1 yanvar-1 noyabr tarixləri arasında separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən 19 min 756 əməliyyatda 84-ü ölü olmaqla 721 terrorçunun zərərsizləşdirildiyini bildirib.

2061937

Əli Yerlikaya separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatlarla terrora son qoyma nöqtəsinə gəldiklərini bildirib.
"Son 10 ayda təhlükəsizlik qüvvələrimizin fədakar fəaliyyəti nəticəsində 104-ü bombalı hücum olmaqla ümumilikdə 126 terror aktının qarşısı alınıb. DEAŞ-a qarşı 1149 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 227 terrorçu zərərsizləşdirilib. 2057 şübhəli saxlanılıb, bunlardan  524-ü həbs edilib''.
Nazir Yerlikaya 1 yanvar-1 noyabr tarixləri arasında keçirilən 370 əməliyyatda 1 beynəlxalq, 13 milli, 33 regional və 253 yerli mütəşəkkil cinayət təşkilatının məhv edildiyini, 1800 nəfərin də həbs edildiyini  açıqlayıb.

Әlaqәli Xәbәrlәr