Hakan Fidan hollandiyalı və çexiyalı həmkarları ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Türkiyenin xarici işlər naziri Hakan Fidan hollandiyallı və çexiyalı həmkarlarına ''İsrail və Həmas'' arasında ən qısa zamanda tam atəşkəsin təmin edilməsi və Qəzzaya humanitar yardımların çatdırılmasının vacib olduğunu bildirib.

2061151
Hakan Fidan hollandiyalı və çexiyalı həmkarları ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Türkiyenin xarici işlər naziri Hakan Fidan hollandiyallı və çexiyalı həmkarlarına ''İsrail və ''Həmas'' arasında ən qısa zamanda atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların çatdırılmasının vacib olduğunu bildirib.
Xarici işlər naziri Hakan Fidan həmkarları ilə telefon əlaqəsi saxlayıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan və Hollandiya xarici işlər naziri Hanke Bruins Slot arasında baş tutan telefon danışığı zamanı Qəzzadakı hadisələr müzakirə edilib.
Nazir Hakan Fidan hollandiyalı həmkarı ilə apardığı telefon danışığında ən qısa zamanda atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb. Hakan Fidan həmçinin Qəzzada artan gərginliyin regional böhrana çevrilməməsi üçün birgə səylərin göstərilməsinin əhəmiyyətini qeyd edib.
Ukraynadakı son vəziyyətin də qiymətləndirildiyi görüşdə Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılmasının vacibliyinə də toxunduğu vurğulanıb.
Hakan Fidanla çexiyalı həmkarı Yan Lipavski arasında baş tutan telefon danışığında Qəzzada baş verənlər müzakirə edilib.
Hakan Fidan söhbət zamanı İsrailin Qəzza zolağındakı mülki vətəndaşlara qarşı cinayətlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Hakan Fidan bildirib ki, ən qısa zamanda  atəşkəs elan edilməli  və Qəzzaya humanitar yardım çatdırılmalıdır.

Qeyd edək ki, Hakan Fidan paytaxt Ankarada Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.
Nazirlərin səhər saatlarında keçirəcəyi birgə mətbuat konfransı ləğv edilmişdi.



Әlaqәli Xәbәrlәr