Türkiyənin 8 rayonunda "Qəhrəmanlar əməliyyatı"

Sosial media hesabından verdiyi açıqlamada Ə.Yerlikaya yazıb ...

2060420
Türkiyənin 8 rayonunda "Qəhrəmanlar əməliyyatı"

 

  Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "Qəhrəmanlar əməliyyatı" çərçivəsində separatçı terror təşkilatı PKK-ya aid 21 mağara və sığınacağın məhv edildiyini bildirib.

  Sosial media hesabından verdiyi açıqlamada Ə.Yerlikaya yazıb: “Separatçı terror təşkilatı üzvlərinin qış aylarında çöldə sığınmaq üçün hazırladıqları mağara və sığınacaqları məhv etmək üçün 8 rayonda 18 min 500 jandarmla birlikdə "Qəhrəmanlar əməliyyatı" həyata keçirildi.

  Terrorçuların yuvalarını bir-bir yıxırıq və dağıtmağa davam edirik.

  “Atak” helikopterləri J-SİHA (Jandarma Silahlı Pilotsuz Uçuş Aparatı) ilə birlikdə 8 rayondakı əməliyyatlara dəstək verdi.

  Əməliyyatlar zamanı 21 mağara və sığınacaq yerinin məhv edilib, çoxlu silah, sursat, qida, məişət və tibbi ləvazimatları, təşkilati sənədlər ələ keçirilib.

  Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”.



Әlaqәli Xәbәrlәr