Türkiyə Nepala başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ...

2060373
Türkiyə Nepala başsağlığı verdi

 

  Türkiyə Nepalda baş verən zəlzələdə həyatını itirənlərə başsağlığı verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Zəlzələdə çoxlu sayda ölən və yaralananların olduğunu kədərlə qarşıladıq. Biz dost Nepal hökumətinə və xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.

  Nepal Milli Fövqəladə Əməliyyatlar Mərkəzi rəsmiləri episentri Nepalın Cumla bölgəsindən 42 kilometr cənubda olan 5,6 bal gücündə zəlzələdə 157 nəfərin həlak olduğunu və çox sayda adamın yaralandığını bildirib.



Әlaqәli Xәbәrlәr