Rәcәb Tayyib Әrdoğan vәtәnә qayıtdı

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısı çərçivəsində səfər etdiyi Qazaxıstandakı görüşlərini başa vurduqdan sonra vətənə qayıtdı.

2060149

Noyabrın 3-ü Türkiye vaxtı ilə saat 19.00-da vətənə qayıdan Rəcəb Tayyib Ərdoğanı Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanı səfəri çərçivəsində  xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və bəzi rəsmi şəxslər müşayiət ediblər.

Әlaqәli Xәbәrlәr