Türkiyə prezidenti Qazaxıstanda

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə ...(YENİLƏNİB)

2059130
Türkiyə prezidenti Qazaxıstanda

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında iştirak etmək üçün noyabrın 2-də Qazaxıstana gedib.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, R.T.Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada “Türk dövrü” mövzusunda keçiriləcək sammitdə iştirak edəcək.

  Təşkilatın dövri sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi sammitdə dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylər müzakirə olunacaq.

  Noyabrın 3-də liderlərin aktual qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacağı sessiyada iştirakçılar qarşısında çıxış edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarları ilə ikitərəfli görüşləri də gözlənilir.



Әlaqәli Xәbәrlәr