"İsrailin Qəzzaya ağır hücumlarında 38 jurnalist həyatını itirib", F.Altun

Fahrettin Altun bildirib ki, Qəzzada vəzifəsini yerinə yetirərkən öldürülən mətbuat mənsublarına beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları sərt reaksiya göstərməlidir.

2059418
"İsrailin Qəzzaya ağır hücumlarında 38 jurnalist həyatını itirib", F.Altun

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, Qəzzada vəzifəsini yerinə yetirərkən öldürülən mətbuat mənsublarına beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları sərt reaksiya göstərməlidir.

F.Altun sosial media hesabında etdiyi paylaşımda 7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzzaya ağır hücumlarında 38 jurnalistin həyatını itirdiyini bildirib.

F.Altun uşaqların, qadınların, qocaların, jurnalistlərin, tibb işçilərinin də olduğu insanların qətlə yetirildiyi, insan haqları pozuntularının pik həddə çatdığı, mətbuat azadlığının, məlumat almaq hüququnun gözdən yayındırıldığı, əngəlləndiyi, hətta vəzifəsini yerinə yetirən jurnalistlərin öldürüldüyü bu prosesin qəbuledilməz olduğunu vurğulayıb:

“Beynəlxalq ictimaiyyət, mətbuat və media qurumları bu biabırçılığa və humanitar böhrana qarşı daha çox səs ucaltmalı, vəzifəsini yerinə yetirərkən şəhid olan mətbuat mənsubları üçün sərt reaksiya göstərməlidir”. 

F.Altun İsraili hücumları dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscinidə qarşı davamlı pozuntularına” cavab vermək əsasında oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail ordusu da Qəzza zolağına  intensiv hava bombardmanları başladıb.

İsrail rəsmiləri Qəzzadan gələn hücumlarda 300-dən çoxu əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb. Qəzza zolağındakı quru əməliyyatında baş verən qarşıdurmalarda isə 31 oktyabrdan bəri öldürülən İsrail əsgərlərinin sayının 17-yə çatdığı açıqlanıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzzada Qəssam Briqadalarının əlində 240 israilli əsir olduğunu qeyd edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3648-i uşaq və 2290-ı qadın olmaqla 8796 fələstinlinin həlak olduğunu, 22219 nəfərin isə yaralandığını bildirib.



Әlaqәli Xәbәrlәr