Hakan Fidan Almaniyaya rəsmi səfər edəcək

Hakan Fidan “Avropa İttifaqının Genişlənməsi və İslahatları üzrə Xarici İşlər Nazirləri Konfransı”nda iştirak edəcək.

2059362
Hakan Fidan Almaniyaya rəsmi səfər edəcək

Xarici işlər naziri Hakan Fidan Berlinə rəsmi səfər edəcək.

Bu barədə Türkiye XİN məlumat yayıb.

Bildirilib ki, nazir H.Fidan Almaniya Federal Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə 2 noyabr 2023-cü il tarixində keçiriləcək “Avropa İttifaqının Genişlənməsi və İslahatları üzrə Xarici İşlər Nazirləri Konfransı”nda iştirak edəcək.

Konfransda Aİ-nin genişlənmə strategiyasının əsas dinamikası və həm İttifaqın, həm də namizəd ölkələrin atmalı olduğu addımlar barədə fikir mübadiləsi aparılacaq.

Məlumatda Hakan Fidanın konfransdan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə ikitərəfli görüşü və bəzi həmkarları ilə konfrans çərçivəsində görüşlər keçirəcəyi də vurğulanıb. 



Әlaqәli Xәbәrlәr