TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ABU-nun prezidenti seçildi

Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) Baş Assambleyasının 60-cı sessiyası 31 oktyabr-1 noyabrda Seulda keçirilib.

2059000
TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ABU-nun prezidenti seçildi
ABU.3.jpg
ABU.1.jpg

Türkiye Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Mehmet Zahid Sobacı Asiya Sakit Okean Yayım Birliyinin (ABU) prezidenti seçilib.
Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) Baş Assambleyasının 60-cı sessiyası 31 oktyabr-1 noyabrda Seulda keçirilib.
Toplantıda TRT-nin baş direktoru Mehmet Zahid Sobacı 3 il müddətinə ABU prezidenti seçilib.
Mehmet Zahid Sobacı bildirib ki, dünyanın ən böyük yayım birliyi olan ABU-nun prezidenti seçilmək Türkiyenin hər sahədə lider ölkə olma hədəfi üçün əhəmiyyətlidir.
Mehmet Zahid Sobacı deyib: "ABU Prezidentliyinin Cümhuriyyətin 100-cü ildönümünə təsadüf etməsi bizim üçün sevindiricidir. Bu xalq  şərtlər nə olursa olsun, imkanları nə qədər məhdud olursa olsun mücadiləsini davam etdirib və hədəflərinə nail olub. Ona görə də hesab edirəm ki, dünyanın ən böyük yayım birliyinin təqdim etdiyi imkan və potensialı  bu məqsədlər istiqamətində səfərbər edərək bu prosesi daha güclü şəkildə həyata keçirə bilərik''.



Әlaqәli Xәbәrlәr