Türkiye XİN İsrailin Türkiye-Fələstin Dostluq Xəstəxanasına etdiyi hücumu qınadı

Türkiyenin Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı Türkiye-Fələstin Dostluq Xəstəxanasına etdiyi hücumu ən sərt şəkildə qınayıb.

2058018

Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: ''Qəzzadakı Fələstin xalqını ən elementar hüquqlarından məhrum etmək məqsədi daşıyan mühasirə və bu qeyri-insani hücumlar beynəlxalq hüquq normalarını açıq şəkildə pozur. Qəzzada xərçəng xəstəliyinə yoluxmuş insanları müalicə edən yeganə xəstəxana ilə bağlı koordinatlar da daxil olmaqla bütün lazımi məlumatların əvvəlcədən İsrail səlahiyyətliləri ilə paylaşılmasına baxmayaraq edilən hücumun heç bir izahı ola bilməz''.

Әlaqәli Xәbәrlәr