Rusiya Türkiyənin BMT-yə alternativ təşəbbüsünü qiymətləndirdi

Rusiya Prezident Aparatının (Kreml) mətbuat katibi Dmitri Peskov Türkiyə tərəfinin təklifi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bu məsələdə beynəlxalq konsensusa ehtiyac olduğunu bildirərək deyib ...

2058432
Rusiya Türkiyənin BMT-yə alternativ təşəbbüsünü qiymətləndirdi

 

  Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına (BMT TŞ) alternativ yaratmaq ideyası ilə bağlı Rusiyadan qiymətləndirmə gəlib.

  Rusiya Prezident Aparatının (Kreml) mətbuat katibi Dmitri Peskov Türkiyə tərəfinin təklifi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bu məsələdə beynəlxalq konsensusa ehtiyac olduğunu bildirərək deyib: “BMT ilə bağlı müəyyən fikir ayrılıqları var. Bir zaman BMT beynəlxalq ictimaiyyətin çox mürəkkəb konsensusunun məhsulu kimi yaranıb, Türkiyənin elan etdiyi təşəbbüs də ən azı bənzər konsensus tələb edir. Dünya gündəmindəki ən həyati məsələlərdə BMT səmərəsiz fəaliyyət göstərsə də, ona alternativ beynəlxalq mexanizm hələ ki yoxdur, çalışmağa davam edır”.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabrda Qəzza zolağında xəstəxanaya edilən hücumdan sonra verdiyi açıqlamada BMT Təhlükəsizlik Şurasının təsirsiz olduğunu söyləyib. Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı məqaləsində BMT Təhlükəsizlik Şurasının qlobal problemlərin həllində qeyri-kafi olduğuna işarə edərək yeni beynəlxalq təşkilatların yaranmasına ehtiyac olduğunu yazıb.



Әlaqәli Xәbәrlәr