"Cümhuriyyətin yeni əsri "Türkiye əsri" olacaq", F.Altun

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Cümhuriyyətin yeni əsrinin Türkiye əsri olacağını bildirib.

2058466
"Cümhuriyyətin yeni əsri "Türkiye əsri" olacaq", F.Altun

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Cümhuriyyətin yeni əsrinin "Türkiye əsri" olacağını bildirib.

Altunun Cümhuriyyətin 100-cü ildönümü münasibəti ilə yazdığı “Türkiye Cümhuriyyəti 100 Yaşında: Köklü keçmişdən güclü gələcəyə” başlıqlı məqalə İngiltərədə dərc olunan “Daily Express” və Rusiyanın "İnterfaks" agentliyi tərəfindən yayımlanıb.

20-ci əsrin əvvəlində tarixdə nadir milli-azadlıq mübarizəsi ilə qurulan Türkiye Cümhuriyyətinin 100-cü ildönümünü tamamladığını qeyd edən F.Altun millətin əzm və qərarlılığı ilə qazanılan Milli Mübarizə nəticəsində millətin suverenliyə əsaslanan Cümhuriyyətin qurulduğunu xatırladıb.

Altun vurğulayıb ki, 100 illik prosesdə qeyri-sabitlik və qarşıdurmaların sıx olduğu yaxın coğrafiyasında birlik və həmrəylik içində varlığını qoruyub saxlaya bilməsi Türkiyenin gücünü və potensialını ortaya qoyur. Son illərdə əldə edilən irəliləyişlərlə beynəlxalq balanslarda etibar edilən və regional məsələlərdə, xüsusilə Orta Şərq və Qafqazda öz oyun qurucusu rolunu uğurla yerinə yetirən bir Türkiye var.

"Son günlərdəki İsrail-Fələstin münaqişəsində də prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ortaya qoyulan həllyönümlü siyasi rəftar və məsələnin humanitar tərəfinin önə çəkilməsi bunun göstəricisidir. Ukrayna, Qarabağ və bölgəsindəki digər problemlərin açıq şəkildə ortaya qoyduğu kimi Cümhuriyyətin ikinci əsrinə girərkən Türkiye öz bölgəsinin oyun qurucusu və lider ölkəsi halına gəldi. Türkiye Cümhuriyyəti müasirləşmə prinsiplərinə sadiq qalaraq, bunun tələb etdiyi bütün sahələrdə yoluna davam edir.

Cümhuriyyətin yeni əsri "Türkiye əsri olacaq”, deyə F.Altun qeyd edib.



Әlaqәli Xәbәrlәr