TSQ İraqın şimalında terror təmizləmələrini fasiləsiz davam etdirir

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında yer alan paylaşımda yazılıb ...

2057912
TSQ İraqın şimalında terror təmizləmələrini fasiləsiz davam etdirir

 

  İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-dan 6 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında yer alan paylaşımda "Gücünü soylu millətimizdən alan Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında terror təmizləmələrini ara vermədən davam etdirir" sözləri işlədilib.

  “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkarlanan 6 PKK terrorçusu hava əməliyyatları ilə zərərsizləşdirilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlar qətiyyətlə davam etdiriləcək”.



Әlaqәli Xәbәrlәr