XİN: indi Koen kimə hara geri qayıtmağa göstəriş verir, anlaşılmır

Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək bildirib ...

2057337
XİN: indi Koen kimə hara geri qayıtmağa göstəriş verir, anlaşılmır

 

  Türkiyə bəzi İsrail rəsmilərinin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına sərt reaksiya verib.

  Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək bildirib: “Biz bəzi İsrail rəsmilərinin böhtanlarını və əsassız iddialarını qəti şəkildə rədd edirik.

  İsrailin blokada altında olan Qəzzada bütün dünyanın gözü qarşısında insanlığa qarşı cinayət törədib.

  Prezidentimizə və ölkəmizə qarşı antisemitizm ittihamları, böhtan və təhqirləri tam şəkildə ünvanlarına geri qaytarırıq.

  İsrail rəsmilərinin prezident Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşi hədəf alması onların düşdüyü iqtidarsızlığın bariz göstəricisidir.

  Türkiyə tarix boyu yəhudilər də daxil olmaqla bütün zülmə məruz qalanlar üçün etibarlı sığınacaq olub.

  İsrailin ​​Qəzzada dinc fələstinliləri hədəf alan vəhşi qırğını ört-basdır etmək üçün təhrif və böhtanlara əlatma cəhdləri nəticə verməyəcək.

  İsrail hakimiyyətinə dəfələrlə atəşkəs çağırışı etmişik.

  İsrailin xarici işlər naziri Eli Koen Türkiyədəki diplomatik nümayəndələrinin geri qaytarılması ilə bağlı göstəriş verib. Halbuki Türkiyədəki İsrail diplomatları oktyabrın 19-dan Türkiyəni tərk ediblər. Bu mövzuda İsrailin Türkiyədəki diplomatlarına “Oktyabrın 19-dan etibarən Türkiyəni tərk edin” göstərişi və nazirliyimizə məktubu durur. İndi Koen kimə hara geri qayıtmağa göstəriş verir, anlaşılmır.  İsrail diplomatları, başda İsrailin Türkiyə səfiri İrit Lillian olmaqla Türkiyəni o tarixdən tərk edib”.

 



Әlaqәli Xәbәrlәr