Ərdoğan dövlət rəsmilərilə Atatürkün mavzoleyini ziyarət etdi

R.T.Ərdoğan üzərində ay-ulduz olan əklili Atatürkün məqbərəsinə qoyduqdan sonra dövrün şəhidləri və qaziləri bir dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı oxunub

2057329
Ərdoğan dövlət rəsmilərilə Atatürkün mavzoleyini ziyarət etdi
erdogan 29 ekim.jpg

 

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkə daxilində xüsusi tədbirlərlə qeyd olunur.

  29 Oktyabr Respublika Bayramı tədbirlərinin iki mühüm mərkəzi paytaxt Ankara və İstanbuldur.

  Əvvəlcə prezident Rəcəb Tayyib Ərdoğan dövlət rəsmiləri ilə birlikdə Türkiyə Cümhuriyyətinin banisi ulu öndər Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtkabiri ziyarət edib.

  R.T.Ərdoğan üzərində ay-ulduz olan əklili Atatürkün məqbərəsinə qoyduqdan sonra dövrün şəhidləri və qaziləri bir dəqiqəlik sükutla yad edilib, İstiqlal Marşı oxunub.

  Daha sonra Ərdoğan və onu müşayiət edən şəxslər Misaki-Milli Qülləsinə geçiblər. Burada dövlət başçısı Anıtkabir Xüsusi Xatirə Dəftərinə ürək sözlərini yazıb: “Türkiyəni tarixinin ən böyük sərmayə addımları ilə bir araya gətirən bir idarə olaraq, müttəfiqlik tərəfdaşlarımız və millətimizlə birlikdə Cümhuriyyətimizin ikinci əsrini “Türkiyə əsri” ilə taçlandırmaqda qərarlıyıq”.

  Dövlət rəsmilərindən sonra Anıtkabir ziyarətçilərin üzünə açılıb.

  Bayram tədbirləri Türkiyə Cümhuriyyətinin elan olunduğu ilk Parlament binasındaki mərasimlə davam edəcək. Burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxış edib.

  TBMM-nin qarşısından Ulus meydanına doğru “Cümhuriyyətimizin 100-cü ildönümü” paradı keçirilib.

  “Solotürk”ün Anıtkabir üzərində nümayiş uçuşu olub.

  Prezident İqamətgahında "Cümhuriyyətin 100-cü ildönümündə 100 nəhəng əsər" Yağlıboya Rəsm Sərgisinə qatılacaq Ərdoğan Respublika Bayramı Qəbulunda təbrikləri qəbul edəcək.

İstanbul. R.T.Ərdoğan Türkiyə vaxtı ilə saat 17.00-da İstanbul boğazında Türkiyə Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin paradını izləyəcək.

  Bu parad Türkiyə Dəniz Donanması tarixində ən böyük parad olacaq. Başda “TCG Anadolu” olmaqla 100 gəmi ilə Boğaziçi parad keçiriləcək. Bu mərasimi “Türk ulduzları” və “Solotürk” daxil olmaqla 20 döyüş təyyarəsi müşayiət edəcək.

  Parad zamanı həmçinin 101 topdan atəş açılacaq.

  Prezident Ərdoğan saat 19.23-də “100-cü ildönümü müraciəti”lə vətəndaşlara müraciət edəcək.

  “Cümhuriyyətin səsi, Cümhuriyyətin rəngi” tədbiri ilə Qalata qülləsi, Heydarpaşa limanı, hal-hazırda Cümhuriyyət Muzeyi olan 2-ci Türkiyə Böyük Millət Məclisi Binası, Etnoqrafiya Muzeyi, Saat qülləsi, Dolmabahçe sarayı kimi tarixi və turistik yerlər xüsusi işıq şouları ilə rənglənəcək.

  Bu məkanlarda Prezident Simfonik Orkestrinin Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr etdiyi “100 illik yubiley marşı” səslənəcək.

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tədbirləri çərçivəsində 2023-cü il pilotsuz təyyarələrlə Boğaziçidə işıq və atəşfəşanlıq nümayiş etdiriləcək.

  İstanbulun Taksim meydanında Atatürk Mədəniyyət Mərkəzinin qarşısında qurulacaq “Keçmişdən bu günə Türkiyə əsri” sərgi meydançasında Türkiyə əsrinin keçmişdən günümüzə baxışı su pərdə şouları və üçölçülü interaktiv və texnoloji görüntülərlə vətəndaşlara təqdim olunacaq.

  “Türkiyə əsri” loqosundan ilhamlanan “Türkiyə əsri” instalyasiyası da oktyabrın 29-da olacaq.



Әlaqәli Xәbәrlәr