“Google”un "Doodle"unda 29 Oktyabr – Türkiyə Respublika Günü

“Doodle” basıldıqda istifadəçilər 29 Oktyabr Respublika Günü ilə bağlı məlumat və xəbərlərin yer aldığı səhifəyə yönləndirilir

2057244
“Google”un "Doodle"unda 29 Oktyabr – Türkiyə Respublika Günü

 

  İnternet axtarış sistemi “Google” 29 Oktyabr – Türkiyə Respublika Gününü əsas səhifəsində xüsusi "Doodle" ilə qeyd edib.

  “Doodle” basıldıqda istifadəçilər 29 Oktyabr Respublika Günü ilə bağlı məlumat və xəbərlərin yer aldığı səhifəyə yönləndirilir.

  İstifadəçilərin yönləndirildiyi səhifədə bu ifadə yer alır: "Bugünkü “Doodle”da biz Respublika Bayramını və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü qeyd edirik."

  “Doodle” üz şəklində paytaxt Ankaradakı ilk  Parlament binası və Türkiyə bayrağı əks olunub.

  Qeyd edək ki, “Doodle” tətbiqində dünya ölkələri üçün əhəmiyyətli günlərə və bayramlara, mədəni hadisələrə və tarixi şəxsiyyətlərə mövzuya aid loqolarla diqqət çəkilir.

  İnternet istifadəçiləri xüsusi hazırlanmış loqo üzərinə klikləməklə həmin gün, şəxs və ya mövzu haqqında ətraflı məlumat əldə edə bilirlər.



Әlaqәli Xәbәrlәr