“Artıq cümhuriyyətimizin 100-cü ildönümünə layiq bir konstitusiya yaradacağıq”, R.T.Ərdoğan

İstanbulda Türkiyə vaxtı ilə saat 19.23-də 1 dəqiqəlik sükut və İstiqlal marşının oxunmasından sonra xalqa “100-cü il xitabı”nı edən Ərdoğan bunları söyləyib ...

2057445
“Artıq cümhuriyyətimizin 100-cü ildönümünə layiq bir konstitusiya yaradacağıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Biz millət olaraq bu gün cümhuriyyətin 100-cü ildönümünü həqiqətən çox fərqli bir qürur və həyəcan hisslərilə yaşadıq və yaşayırıq. Türkiyə Cümhuriyyəti minlərlə ildir nəsildən nəsilə, könüldən könülə keçən möhtəşəm bir xəzinədir” dedi.

  İstanbulda Türkiyə vaxtı ilə saat 19.23-də 1 dəqiqəlik sükut və İstiqlal marşının oxunmasından sonra xalqa “100-cü il xitabı”nı edən Ərdoğan bunları da söyləyib: “1923-cü il oktyabrın 29-da elan etdiyimiz cümhuriyyətimiz bu gün birinci əsrini tamamladı və “Türkiyə əsri” dediyimiz ikinci əsrinə yelkən acır.

  Min illik dövlət ənənəmizin yeni halqası olan cümhuriyyətimiz bu torpaqlarda qurduğumuz ilk deyil, sonuncu dövlətdir.

  Respublikamızın 100-cü yaşını bir millət olaraq güclü, zəngin və köklü bir təməl üzərində qururla qeyd edirik.

  Bu gün Türkiyə Cümhuriyyəti Qazi Mustafa Kamal Atatürkün istədiyi kimi, öz bölgəsində və dünyada kimsəsizlərin kimsəsi olan bir ölkədir.

  Qafqazdan Asiyaya, Türküstandan Fələstinə harada gözü yaşlı bir məzlum və möhtac varsa, köməyinə qaçan, əlindən tutan Türkiyədir.

  Qazinin “Kimsə toxuna bilməz” dediyi Fələstin və Qəzzaya qarşı dirənişli bir mövqe nümayiş etdiririk və Qəzza xalqına kömək etməyə çalışırıq.

  Üzvü olmaqdan qürur duyduğumuz sevgili millətimizə 21 ildir “Millətə ağalıq deyil, yalnız xidmət” inancı ilə xidmət edirik. Səhiyyə üzrə xəstəxanalarda çarpayı sayı 1923-cü ildə 12 minə çatmadığı halda, 2002-ci ildə bu rəqəm 164, bu il isə 268 minə yüksəldi. Türkiyənin 1928-ci ildə cəmi 1000-ə yaxın həkimi olduğu halda, 2002-ci ildə bu rəqəm 92 minə çatdı ki, bu gün 194 min vətəndaşa xidmət göstərir. Bu gün 2032 kilometri sürətli qatar xətti olmaqla 14 min kilometrə çatan müasir dəmir yolu xətləri ilə xalqımızın xidmətindəyik.  

  İspaniya ilə “TCG Anadolu” ilə bağlı daha bir müqavilə bağlayacağıq və inşallah, bunun üst versiyasını ölkəmizə gətirərək təyyarə gəmilərimizi 2-yə çatdıracağıq.

  Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin məsud, müvəffəq və müzəffər olmasının qarşısını ala bilməyəcək.

  Qarşıdakı dövrdə ən böyük hədəfimiz demokratiyamızı çevriliş konstitusiyasının utancından xilas etmək və cümhuriyyətimizin 100-cü ildönümünə layiq bir konstitusiya yaratmaqdır”.



Әlaqәli Xәbәrlәr