29 Oktyabr - Türkiyə Cümhuriyyətinin 100 yaşı möhtəşəm bayram tədbirləri ilə

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkə daxilində xüsusi tədbirlərlə qeyd edilir

2057233
29 Oktyabr - Türkiyə Cümhuriyyətinin 100 yaşı möhtəşəm bayram tədbirləri ilə

 

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkə daxilində xüsusi tədbirlərlə qeyd edilir.

  29 Oktyabr Respublika Bayramı tədbirlərinin iki mühüm mərkəzi - paytaxt Ankara və İstanbuldur.

  Ankara. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da dövlət rəsmiləri ilə birlikdə ilk olaraq Atatürk mavzoleyi Anıtkabiri ziyarət edəcək. Daha sonra Cümhuriyyətin elan edildiyi ilk parlament binasında mərasim keçiriləcək. Burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxış edəcək. TBMM-nin qarşısından Ulus mehdanına doğru “Cümhuriyyətimizin 100-cü ildönümü” paradı keçiriləcək.

  “Solotürk”ün Anıtkabir üzərində nümayiş uçuşu olacaq.

  Prezident İqamətgahında "Cümhuriyyətin 100-cü ildönümündə 100 nəhəng əsər" Yağlıboya Rəsm Sərgisinə qatılacaq Ərdoğan Respublika Bayramı Qəbulunda təbrikləri qəbul edəcək.

İstanbul. R.T.Ərdoğan Türkiyə vaxtı ilə saat 17.00-da İstanbul boğazında Türkiyə Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrinin paradını izləyəcək.

  Bu parad Türkiyə Dəniz Donanması tarixində ən böyük parad olacaq. Başda “TCG Anadolu” olmaqla 100 gəmi ilə Boğaziçi parad keçiriləcək. Bu mərasimi “Türk ulduzları” və “Solotürk” daxil olmaqla 20 döyüş təyyarəsi müşayiət edəcək.

  Parad zamanı həmçinin 101 topdan atəş açılacaq.

  Prezident Ərdoğan saat 19.23-də “100-cü ildönümü müraciəti”lə vətəndaşlara müraciət edəcək.

  “Cümhuriyyətin səsi, Cümhuriyyətin rəngi” tədbiri ilə Qalata qülləsi, Heydarpaşa limanı, hal-hazırda Cümhuriyyət Muzeyi olan 2-ci Türkiyə Böyük Millət Məclisi Binası, Etnoqrafiya Muzeyi, Saat qülləsi, Dolmabahçe sarayı kimi tarixi və turistik yerlər xüsusi işıq şouları ilə rənglənəcək.

  Bu məkanlarda Prezident Simfonik Orkestrinin Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr etdiyi “100 illik yubiley marşı” səslənəcək.

  Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tədbirləri çərçivəsində 2023-cü il pilotsuz təyyarələrlə Boğaziçidə işıq və atəşfəşanlıq nümayiş etdiriləcək.

  İstanbulun Taksim meydanında Atatürk Mədəniyyət Mərkəzinin qarşısında qurulacaq “Keçmişdən bu günə Türkiyə əsri” sərgi meydançasında Türkiyə əsrinin keçmişdən günümüzə baxışı su pərdə şouları və üçölçülü interaktiv və texnoloji görüntülərlə vətəndaşlara təqdim olunacaq.

  “Türkiyə əsri” loqosundan ilhamlanan “Türkiyə əsri” instalyasiyası da oktyabrın 29-da olacaq.



Әlaqәli Xәbәrlәr