Yaşar Gülər​​ Miloş Vuçeviç ilə görüşüb

Milli müdafiə naziri Yaşar Gülər ​​Serbiya baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç ilə görüşüb.

2055826
Yaşar Gülər​​ Miloş Vuçeviç ilə görüşüb

Milli müdafiə naziri Yaşar Gülər ​​Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç ilə görüşüb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Gülər ​​Azərbaycana səfərindən sonra Serbiyaya gedib və orada həmkarı Vuçeviç ilə görüşüb.

Nazir Gülər ​​nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra verdiyi açıqlamada deyib:

"Həmkarım cənab Vuçeviç ilə hərtərəfli, müsbət və konstruktiv görüşümüz oldu. Sabitliyə, təhlükəsizliyə və asayişin təmin edilməsinə qərəzsiz şəkildə üstünlük verəcəyik. Görüşlərdə Serbiya ilə güclü tarixi, mədəni və humanitar əlaqələrə və çox yaxşı səviyyəli münasibətlərə sahibl olduğumuzu, Balkanların sülh, sabitlik, torpaq bütövlüyü və beynəlxalq təşkilatlarda iştirakını dəstəklədiyimizi, Serbiyanın Avropa İttifaqına qoşulma məqsədini dəstəklədiyimizi Avro-Atlantik inteqrasiyana əhəmiyyət verdiyimizi, bölgədə daimi sülh və sabitliyi təmin etməyin yeganə yolunun dialoq olduğunu, Türkiye olaraq üzərimizə düşəni etməyə davam edəcəyimizi, KFOR Komandanlığını təhvil alan  ölkəmizin sabitliyə, təhlükəsizlik və asayişin davam etməsinə üstünlük verməyə davam edəcəyini, müdafiə sənayesi  daxil əməkdaşlığı gücləndirməyə hazır olduğumuzu, FETÖ ilə mübarizəmizdə ölkəmizə verdikləri dəstəkdən duyduğumuz məmnunluğu ifadə etdik.

“Bu duyğu və düşüncələrlə həmkarım cənab Vuçeviçi yaxın zamanda Türkiyeyə dəvət edirəm”.



Әlaqәli Xәbәrlәr