Ali Yerlikaya: "Türkiyenin terrorla mübarizəsi əzmlə davam edir"

Lice qəsəbəsində 1-i narıncı, 2-si boz kateqoriyada axtarılan 3 terrorçu zərərsizləşdirilib, Şırnakda isə 1 terrorçu saxlanılıb.

2055568
Ali Yerlikaya: "Türkiyenin terrorla mübarizəsi əzmlə davam edir"

Daxili işlər naziri Ali Yerlikaya Diyarbəkir vilayətinin Lice qəsəbəsində 1-i narıncı, 2-si boz kateqoriyada axtarılan 3 terrorçunun zərərsizləşdirildiyini, Şırnakda isə 1 terrorçunun saxlanıldığını bildirib.

A.Yerlikaya sosial media hesabında etdiyi paylaşımda şəhidlərin qanının yerdə qalmadığını vurğulayaraq, son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəni əzmlə davam etdirəcəklərini bildirib.

Əməliyyatlarla bağlı məlumat verən Yerlikaya Diyarbəkir vilayətinin Lice Kıyıköy çölündə əsgərlərin terrorçuların qaçış istiqamətlərini kəsdiyi və ərazini mühasirəyə aldığı əməliyyatda separatçı terror təşkilatı PKK üzvü 3 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

Yerlikaya bildirib ki, zərərsizləşdirilən terrorçular arasında "Bedran Hoca" kod adlı Nazım Hikmət Ülgen narıncı kateqoriyada, "Civan" kod adlı Onur Kamiloğlu və "Seyit Batman Brüsk" kod adlı Məhəmməd Gönyeli isə boz kateqoriya axtarılırdı.

Yerlikaya Şırnak Vilayət Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyatda PKK üzvü Həsən Binbirin tutularaq həbs edildiyini ifadə edərək, terrorçuların iştirak etdiyi hücumlar barədə də məlumat verib.



Әlaqәli Xәbәrlәr