İstanbulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının toplantısı oldu

İRNA agentliyi OANA-nın yeni veb-saytının layihəsini hazırlayıb və portalın yaxın vaxtlarda işə düşməsi nəzərdə tutulur

2054832
İstanbulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının toplantısı oldu

 

  İstanbulda Anadolu Agentliyinin təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

  İclasda OANA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.

  Tədbirdə "Anadolu" agentliyinin baş direktoru Sərdar Karagöz və təşkilatın sədri, İranın İRNA agentliyinin baş direktoru Əli Nadiri OANA-nın təkmilləşdirilməsi istiqamətlərini qeyd edərək, üzvləri bu işdə fəal olmağa çağırıblar.

  Həmçinin təşkilatın maliyyə və texniki hesabatları dinlənilib və qəbul olunub. Bildirilib ki, İRNA agentliyi OANA-nın yeni veb-saytının layihəsini hazırlayıb və portalın yaxın vaxtlarda işə düşməsi nəzərdə tutulur.

  Bundan əlavə, iclas zamanı “OANA mükafatı”nın qalibləri elan edilib. Birinci yeri Çinin "Sinxua" agentliyi tutub.

  İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən, növbəti iclas gələn ilin martında Kyodo agentliyi tərəfindən Tokioda keçiriləcək.

  Yekunda İstanbul Bəyannaməsi qəbul edilib.



Әlaqәli Xәbәrlәr