Türkiyə prezidentinin telefon danışıqları davam edir

Ərdoğan Qərb ölkələrinin münasibətinin də Qəzzada insan haqları pozuntularını artırdığını bildirərək deyib ...

2054080
Türkiyə prezidentinin telefon danışıqları davam edir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışıb. Söhbət zamanı Qəzzada son vəziyyət, insan haqları pozuntularının qarşısının alınması üçün lazım olanlar və humanitar yardımların günahsız vətəndaşlara fasiləsiz çatdırılması müzakirə edilib. Ərdoğan Qərb ölkələrinin münasibətinin də Qəzzada insan haqları pozuntularını artırdığını bildirərək deyib: “Ölkələrin İsraili dayandırmaq üçün səy göstərməməsi düzəlməz nəticələrə gətirib çıxaracaq. Qərb və dünya ictimaiyyətinin gözümüzün qarşısında baş verən və görməzliyə qoyulan humanitar faciələrə son qoymaq üçün təcili hərəkətə keçməlidir”.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski, Uqanda prezidenti Yoveri Museveni, Maldiv adaları prezidenti Məhəmməd Muizzu ilə də telefon danışığı olub.



Әlaqәli Xәbәrlәr