Türkiyədə 2023-cü ilin bu gününə qədər zərərsizləşdirilən terrorçu sayı

Daxili İşlər Nazirliyinin mətbuat toplantıları çərçivəsində İstanbulda media qurumlarının nümayəndələri ilə görüşündə Ə.Yerlikaya deyib ...

2050031
Türkiyədə 2023-cü ilin bu gününə qədər zərərsizləşdirilən terrorçu sayı

 

  Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son 4 ayda həyata keçirilən əməliyyatlarda 309 terrorçunun zərərsizləşdirildiyini bildirib.

  Daxili İşlər Nazirliyinin mətbuat toplantıları çərçivəsində İstanbulda media qurumlarının nümayəndələri ilə görüşündə Ə.Yerlikaya deyib: “Son 120 gündə 1132-si şəhər, 54 min 598-i kənar yerlərində həyata keçirilən əməliyyatlarda 38-i ölü, 4-ü, 208-i sağ, 59-u təslim olmaqla 309 nəfər terrorçu zərərsizləşdirilib”.

  Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə separatçı terror təşkilatı PKK/PYG-dən 252 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Bununla zərərsizləşdirilən terrorçu sayının 2023-cü ilin bu gününə qədər 1640, 24 iyul 2015-ci ildən isə 38 min 983-ə çatıb.

  Nazirlik onu da qeyd edib ki, Suriyada Türkiyənin SİHA-sını (silahlı pilotsuz uçuş aparatını) vuran ABŞ təyyarəsinin Adanadakı İncirlik bazasından havaya qalxması ilə bağlı iddiaların yalan olduğunu bildirib: “Təyyarənin İncirlikdən qalması tamamilə spekulyasiyadır. Belə bir şey olmayıb. Təyyarə İordaniyadan havaya qalxıb".

 



Әlaqәli Xәbәrlәr