Hakan Fidan Türkmənistana işgüzar səfər edib

Paytaxt Aşqabaddakı ''Xalq xatirəsi'' memorial kompleksinin önünə əklil qoyan Hakan Fidan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən qəbul edilib.

2049489
Hakan Fidan Türkmənistana işgüzar səfər edib

Türkiyenin xarici işlər naziri Hakan Fidan Türkmənistana işgüzar səfər edib.

Paytaxt Aşqabaddakı ''Xalq xatirəsi'' memorial kompleksinin önünə əklil qoyan Hakan Fidan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən qəbul edilib.

Hakan Fidan türkmənistanlı həmkarı Rəşid Meredovla da görüşüb. Daha sonra nazirlər nümayəndə heyətləri arasında baş tutan görüşlərə sədrlik ediblər.

Görüşlər zamanı ticarət, enerji, nəqliyyat, podratçılıq xidmətləri, parlamentlərarası əməkdaşlıq, təhsil, mədəniyyət və konsulluq məsələləri müzakirə olunub.

Nazir Hakan Fidan və türkmənistanlı həmkarı 2024-2025-ci illəri əhatə edəcək Əməkdaşlıq Proqramını da imzalayıblar.



Әlaqәli Xәbәrlәr