Ərdoğanın açıqlamaları dünya mətbuatında

Prezident Rəcəb Tayyib Ərdoğanın Orta Şərqdə artan gərginliklə bağlı açıqlamaları dünya mətbuatında geniş yer alıb.

2048897
Ərdoğanın açıqlamaları dünya mətbuatında

Prezident Rəcəb Tayyib Ərdoğanın Orta Şərqdə artan gərginliklə bağlı açıqlamaları dünya mətbuatında geniş yer alıb.

Ərdoğanın çağırışını oxucularına çatdıran qəzetlər Türkiyenin sülh üçün addım atdığını yazıb.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Wall Street Journal" "Ərdoğan Türkiyenin potensial məhbus mübadiləsi ilə bağlı danışıqlara kömək etməyə hazır olduğunu söylədi" başlıqlı xəbərini oxuçulara çatdırıb.

Almaniyanın “Tagesschau” qəzeti “Türkiye İsraildəki müharibədə vasitəçilik rolunu oynamağa hazırdır” deyə yazıb.
Qəzet yazıb: "Ərdoğan İsraili Fələstin ərazilərini bombalamağı dayandırmağa, fələstinliləri isə İsrailin mülki yaşayış məntəqələrinə hücumlarını dayandırmağa çağırır. Dövlət başçısı Türkiyenin Qəzza zolağı üçün humanitar yardım hazırladığını bildirib. Qəzet Ərdoğanın “Müstəqil, suveren Fələstin dövləti olmadan bölgədə sülh olmayacaq” sözlərini sitat gətirib. 

Yunanıstanın “Kathimerini” qəzeti xəbərini “Ərdoğan İsrail və "Həmas"ı “tarazlaşdırmağa” başlığı ilə çatdırıb. Xəbərdə yazıb: "Ərdoğan "İsrail qüvvələrinin və məskunlaşanların Qəzza xalqına qarşı hücumlarına, edamlarına və zülmlərinə qarşı olduğumuz kimi, İsrail vətəndaşlarına qarşı da hücumlara qarşıyıq" deyib.

“Al Monitor” qəzeti də “İsrail-"Həmas" müharibəsi şiddətlənərkən Türkiyedən Ərdoğan mötədil mövqe tutur” başlığı ilə oxucularının qarşısına çıxıb.

Yaponiyada fəaliyyət göstərən NHK telekanalı “Ərdoğan Türkiyenin "Həmas"-İsrail münaqişəsində vasitəçilik etməyə hazır olduğunu söylədi” deyib.



Әlaqәli Xәbәrlәr