Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib

Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-dən etibarən  İraq və Suriyanın şimalında həyata keçirilən  əməliyyatlarda 194 hədəfin məhv edildiyini, 162 terrorçunun zərərsizləşdirildiyini bildirib.

2048629
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında separatçı terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı Amerika Birləşmiş Ştatlarına məxsus  F-16 təyyarəsi tərəfindən vurulan Türkiyeyə məxsus   silahlı pilotsuz uçuş aparatı ilə bağlı deyib: “Şübhə yoxdur ki, bu hadisə milli yaddaşımıza həkk olunub və yeri gələndə lazımi tədbirlər görüləcək''.
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici gündəmi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-dən etibarən  İraq və Suriyanın şimalında həyata keçirilən  əməliyyatlarda 194 hədəfin məhv edildiyini, 162 terrorçunun zərərsizləşdirildiyini bildirib.

"Separatçı terror təşkilatı PKK-nı bütün qolları ilə tamamilə məhv edənə qədər sərhəd əməliyyatlarını davam etdirmək Türkiyenin qanuni haqqıdır'',-deyə Türkiye Prezidenti vurğulayıb.



Әlaqәli Xәbәrlәr