Türkiyə Əfqanıstana başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada oktyabrın 8-də Heratda baş verən 6,3 bal gücündə zəlzələdə yüzlərlə insanın həyatını itirdiyi, 1000-dən çox adamın yaralandığı kədərlə bildirilib ...

2047762
Türkiyə Əfqanıstana başsağlığı verdi

 

  Türkiyə Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlərdə həyatını itirənlər üçün başsağlığı verdi.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada oktyabrın 8-də Heratda baş verən 6,3 bal gücündə zəlzələdə yüzlərlə insanın həyatını itirdiyi, 1000-dən çox adamın yaralandığı kədərlə bildirilib: “Dost və qardaş Əfqanıstan xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi əfqanıstanlı bacı-qardaşlarının yaralarının sağalması üçün hər cür dəstəyi verməyə hazırdır”.

  Xatırladaq ki, Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500 nəfəri keçib, mindən çox yaralı var. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

  Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min adamın yaşadığı Herat şəhərindən 42 km. şimal-qərbdə olub.



Әlaqәli Xәbәrlәr