Ağrıda terror təşkilatı PKK-ya ağır zərbələr endirilib
Separatçı terror təşkilatı PKK-nın qondarma sui-qəsd bölməsinin rəhbəri İlyas Biro Eli İraqın Sincar şəhərində həyata keçirilən əməliyyatda zərərsizləşdirilib.
Separatçı terror təşkilatı PKK-nın qondarma sui-qəsd bölməsinin rəhbəri İlyas Biro Eli İraqın Sincar şəhərində həyata keçirilən əməliyyatda zərərsizləşdirilib.
Milli Kəşfiyyat Təşkilatı (MİT) təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı sui-qəsdlər təşkil edən terrorçu İlyas Biro Elini təqib edib.
Terrorçu İlyas Biro Elinin yeni hücum planlaşdırdığı və terrorçunun hücumu həyata keçirəcək təşkilat üzvləri ilə görüşdüyü müəyyən edilib. İraqın Sincar şəhərində əməliyyat keçirilib.
İlyas Biro Eli hücuma hazırlaşan təşkilat üzvləri ilə birlikdə zərərsizləşdirilib.
Bu arada Ağrının Doğubayazıt rayonunun Berezer bölgəsində komandolarla terrorçular arasında baş verən silahlı qarşıdurmada 2 terrorçu zərərsizləşdirilib.
Digər tərəfdən, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun rəsmi internet səhifəsində Türkiyenin müttəfiqlərinə çağırış edərək deyib:"Strateji səbəblərə görə bu təşkilatlara kömək etmək həqiqətən böyük axmaqlıqdır''.
“Terror təşkilatlarını dəstəkləmək kimi yanlış siyasətinizi dayandırın”,-deyə Fəxrəddin Altun vurğulayıb.
Türkiye Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç etdiyi paylaşımda sərhəd bölgəsində yuva qurmağa çalışan terror təşkilatlarına heç vaxt icazə verilməyəcəyini bildirib.