İzmir sahillәrindә 40 qaçqın xilas edilib
Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyeyә geri qaytarılan qaçqınlar xilas edilib.
2045828
Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyeyә geri qaytarılan qaçqınlar xilas edilib.
Bu barәdә Türkiye Sahil Mühafizә Komandanlığının rәsmi internet sәhifәsindә edilәn paylaşımda bildirilib.
Türkiyenin İzmir şәhәrinin Çeşme qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiye sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.
Türkiye sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 40 qaçqının xilas edildiyi bildirilib.
Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.