Rəcəb Tayyib Ərdoğan Türkiye Ali İnzibati Məhkəməsində çıxış edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan minlərlə övladını terrora qurban vermiş bir xalq olaraq əli qanlı qatillərə göstərilən tolerant münasibəti əsla anlaya bilmədiklərini bildirib.

2045709

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ali İnzibati Məhkəməsində (Danıştay) keçirilən mərasimdəki çıxışında həftə sonu paytaxt Ankarada törədilən terror aktına toxunaraq deyib:"Dostlarımızdan qınama ilə yanaşı konkret addımlar da görmək istəyirik''

Rəcəb Tayyib Ərdoğan çox sayda dəlillərə baxmayaraq, quldurbaşlarına qarşı niyə heç bir addım atılmadığını izah edə bilmədiklərini ifadə edərək deyib:“Minlərlə övladını terrora qurban vermiş bir xalq olaraq biz əli qanlı qatillərə göstərilən tolerant münasibəti əsla anlaya bilmirik''.

Çıxışında sivil konstitusiya tələbinə də toxunan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Vətəndaşlarımızın azadlıq sahələrini genişləndirmək idealımızın zirvəsi ölkəmizi çevriliş konstitusiyasından xilas etməkdir''.

Әlaqәli Xәbәrlәr