Türkiyə-Yunanıstan sərhədində körpünün tikintisinə başlanacaq

Yunanıstan xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyanni “Parapolitika” qəzetinə müsahibəsində Türkiyə ilə müsbət əlaqələri və aktual məsələləri dəyərləndirib ...

2044490
Türkiyə-Yunanıstan sərhədində körpünün tikintisinə başlanacaq

 

  Türkiyə ilə Yunanıstan sərhədindəki körpünün tikintisinə 2024-cü ildə başlanacaq.

  Yunanıstan xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyanni “Parapolitika” qəzetinə müsahibəsində Türkiyə ilə müsbət əlaqələri və aktual məsələləri dəyərləndirib.

  Türkiyə ilə ikitərəfli münasibətlərdə həssas mövzulara toxunulmadığına diqqət çəkən K.Franqoyanni deyib: “Əlaqələr nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsi üzrə inkişaf edir.

  Müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan baş naziri Kiryakos Mitsotakis Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirdikləri görüşdə ikitərəfli münasibətlərdə müsbət ab-havanın davam etdirilməsi üçün razılığa gəliblər.

  Nyu-Yorkda həmsöhbətim Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar oldu. Bizim ortaq məqsədimiz dekabrın 7-də Salonikidə keçiriləcək Zirvə toplantısında müəyyən fəaliyyətlərlə bağlı memorandumlar və müqavilələr imzalamaqdır.

  Müsbət gündəlik iki ölkə xalqı üçün də əməli faydalar təmin edəcək.

  İspala sərhəddində nəqliyyat vasitələrinin keçməsi üçün ikinci körpünün tikintisinə 2024-cü ildə başlanacaq və bu körpü nəqliyyat və ticarətə böyük rahatlıq gətirəcək.

  İqlim böhranı və qeyri-qanuni miqrasiya sahəsində əməkdaşlıq vacibdir.

  Türkiyə ilə Yunanıstan arasında sakitliyin davam edəcəyinə nikbin baxırıq”.



Әlaqәli Xәbәrlәr