Türkiyə və İraq nazirləri İnkişaf Yolu Layihəsindən bəhs etdilər

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İraqda həmkarı Rəzzaq Muheybes əs-Sadavi ilə İnkişaf Yolu Layihəsini müzakirə edib

2044491
Türkiyə və İraq nazirləri İnkişaf Yolu Layihəsindən bəhs etdilər

 

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İraqda həmkarı Rəzzaq Muheybes əs-Sadavi ilə İnkişaf Yolu Layihəsini müzakirə edib.

  Rəsmi görüşlər üçün İraqın paytaxtı Bağdada gedən türkiyəli nazir orada İraqın nəqliyyat naziri ilə görüşüb.

  Söhbət zamanı Ə.Uraloğlu təkcə Türkiyə və İraq deyil, bütün bölgə üçün strateji əhəmiyyət daşıyan İnkişaf Yolu Layihəsi ilə bağlı mühüm qərarların alındığını və yol xəritəsinin müəyyən edildiyini bildirərək layihədə iştirak etmək istəyən ölkələrlə əməkdaşlığa açıq olduqlarını söyləyib.

  İraqlı nazir əs-Sədavi isə ölkənin baş naziri Məhəmməd Şia əl-Sudaninin layihə ilə bağlı prosedurların iki ay ərzində başa çatdırılması barədə göstəriş verdiyini xatırladaraq deyib: “İnkişaf Yolu Layihəsi Türkiyəni 1200 kilometr dəmir və avtomobil yolları ilə Fars körfəzindəki Fav limanına birləşdirəcək. Yeni İpək Yolu kimi bu layihənin Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgə üçün faydalı olacağına inanırırq”.



Әlaqәli Xәbәrlәr