“Bu hadisə terrorun son çırpınmasıdır”, R.T.Ərdoğan

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci 2-ci Qanunvericilik ilinin açılış toplantısında iştirak edən Ərdoğan çıxışında deyib ...

2044657
“Bu hadisə terrorun son çırpınmasıdır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatlar nəticəsində can verən terror təşkilatlarına siyasi hesablarla dəstək vermənin bədəlinin çox ağır olacağını bildirib.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci 2-ci Qanunvericilik ilinin açılış toplantısında iştirak edən Ərdoğan çıxışında deyib: “2016-cı ilin 15-də Fətullahçı Terror Təşkilatı (FETÖ) qiyamçılarının silahlarına meydan oxuyan millətin demokratiya mübarizəsi vətəndaş konstitusiyası ilə taçlandırılmağa layiqdir. Bu həsrəti gecikdirməyək.

  Polis bölmələrimizin vaxtında müdaxiləsi nəticəsində iki qatilin zərərsizləşdirildiyi bu hadisə terrorun son çırpınmasıdır.

  Vətəndaşların təhlükəsizliyi və əmin-amanlığını təhdid edən cinayətkarlar məqsədlərinə çatmayıblar və heç vaxt da çatmayacaqlar. Əməliyyatlarımız nəticəsində, sözün əsl mənasında can verən terror təşkilatlarına siyasi hesablarla dəstək vermənin bədəli çox ağır olacaq.

  FETÖ bu ölkədə heç vaxt dirilməyəcək. Bənzər təşkilatların da yeni xəyanətlərə cəhdi mümkün olmayacaq.

  Avropa İttifaqı (Aİ) ölkələri Türkiyəyə qarşı ikili münasibətlərdən, başda viza məsələsi olmaqla, haqsız hərəkətlərdən qurtula bilsələr, yanlışlarını düzəltmiş olacaqlar. Əks halda, Türkiyədən gözlədiklərini itirəcəklər.”



Әlaqәli Xәbәrlәr