Prezident Ərdoğan Naxçıvana səfərilə bağlı jurnalistlərə açıqlama verib

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə mühüm açıqlamalar verib.

2042471
Prezident Ərdoğan Naxçıvana səfərilə bağlı jurnalistlərə açıqlama verib

"Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin tanınması Kıbrıs adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Naxçıvan bölgəsinə səfərindən qayıdarkən təyyarədə verdiyi açıqlamada deyib.

Dövlət başçısı xatırladıb ki, noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə görüşü keçiriləcək: "İnşallah bu tədbirdə Şimali Kıbrıs Türk Respublikasını müşahidəçi üzv kimi görəcəyik. Azərbaycan da toplantıya Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Ersin Tatarın dəvət olunmasını istəyir. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində bu məsələdə ciddi əzmkarlıq var. Zirvə görüşündə Şimali Kıbrısın bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, Şimli Kıbrısla bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik".

Ərdoğan vurğulayıb ki, Şimali Kıbrıs Türk Cümhuriyyətinin tanınması Kıbrıs adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir: "Adanın reallıqları göz qabağındadır və Şimali Kıbrıs adanın ən konkret reallığıdır. İllərdir Kıbrısdakı türk varlığını gözdən yayındıranların müraciət etmədiyi yol qalmayıb. Amma onların atdıqları addımlar əsassız olduqları üçün onlar üçün hər addım məyusluqla bitdi".
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb.

"Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq",- dövlət başçısı qeyd edib.

R.T.Ərdoğan onu da söyləyib ki, Naxçıvana səfəri bir daha Türkiye-Azərbaycan qardaşlığının, "bir millət, iki dövlət" ruhunun bütün dünyaya bəyanıdır: "Necə ki, biz bunu Birləşmiş Millətlər Təşkilatının tribunasından dedik. Necə ki, biz bunu Azərbaycanın doğma torpağı olan Şuşada danışdıq, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik. Biz iki dövlətik, amma taleyimiz və idealımız bir millətik. İki ölkə arasında münasibətlərin səviyyəsi mümkün olan ən yüksək səviyyəyə çatacaq".

Dövlət başçısı onu da deyib ki, qardaşlığımızı yeni addımlarla gücləndirmək əzmindəyik. Enerjidən müdafiə sənayesinə, ticarət xəttlərindən regional əməkdaşlığa qədər hər sahədə atılacaq addımlar mərhələli şəkildə həyata keçiriləcək. Birgə qalib gəlmək prinsipi ilə atılan bu addımlarla iki ölkənin potensialı çox yüksək səviyyələrə çatacaq. TANAP-ın imkanlarının genişləndirilməsi və Xəzər dənizindən daha çox təbii qazın Türkiyə və Avropaya axmasına şərait yaradılması bu addımlardan biridir. Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Dövlət başçısı İsrailin Baş naziri Binyamin Netanyahunun Ankaraya gözlənilən səfərindən də danışıb.

"Səfər tarixi ilə bağlı Xarici İşlər Nazirliyimiz işlərini davam etdirir.  Türkiye və İsrail arasında bir çox sahədə əməkdaşlıq var və yeni əməkdaşlıq sahələrinin yaranması da faktdır. Xüsusilə Avropa Rusiya-Ukrayna müharibəsindən sonra konyukturanın təsiri ilə dayanıqlı enerji mənbələri axtarışındadır. Hər kəsə məlumdur ki, İsrail öz ehtiyatlarını Avropaya daşımağa çalışır. Ən rasional yol bu resursları Türkiye üzərindən Avropaya çatdırmaqdır. Son görüşümüzdə bunu müzakirə etdik, biz işə başladıq. Digər tərəfdən, qazma işlərində də əməkdaşlıq imkanları var. Bununla bağlı texniki araşdırmaların aparılması üçün müvafiq dostlarımıza göstərişlər vermişik. Ən qısa zamanda həm Türkiye, həm də İsraildəki görüşlərimiz zamanı marşrut, qrafik və qazma sahələri kimi detalları dəqiqləşdirəcəyik", -deyə dövlət başçısı qeyd edib.

 



Әlaqәli Xәbәrlәr