Ərdoğan və Əliyev Qarabağdakı son gərginlikdən sonra ilk açıqlamanı verdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Naxçıvan Beynəlxalq Hava Limanında Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. İki ölkə başçısı daha sonra ikitərəfli görüş keçirib və İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin təməli qoyublar

2041975
Ərdoğan və Əliyev Qarabağdakı son gərginlikdən sonra ilk açıqlamanı verdilər
Nahçıvan.1.jpg
nahçıvan.2.jpg
Ərdoğan və İlham Əliyev_02.jpg
erdogan nahcivan askeri tesis acilis.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Naxçıvan Beynəlxalq Hava Limanında Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. İki ölkə başçısı daha sonra ikitərəfli görüş keçirib və İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin təməli qoyublar.

  Prezident Ərdoğanı Naxçıvan Hava Limanında İ.Əliyevlə yanaşı, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Ali Soveti sədrinin müavini Anar İbrahimov, Naxçıvan İcra hakimi Mirsənani Seyidov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya müşaiyət edib.

  İki lider görüşdən sonra mətbuata açıqlama veriblər. Türkiyə prezidenti çıxışında deyib: “Ölkəmdə prezident seçkilərindən sonra mən ilk səfərimi iyun ayında Azərbaycan və Qıbrıza (ŞKTR) etdim. Bu dəfə sizinlə Naxçıvanda olmaqdan çox məmnunam. Naxçıvanın indiki vəziyyətində Azərbaycanın rəhbəri, 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin böyük rolü var. Bu gün Naxçıvan iqtisadiyyatı nəqliyyat, enerji xətləri baxımından böyük potensiala malikdir. Bu potensialı tam reallaşdırmaq imkanımız olacaq. İğdır-Naxçıvan təbii qaz xətti layihəsi Azərbaycanla əməkdaşlığımızı daha da inkişaf etdirəcək. Qars-Naxçıvan layihəsi ilə yanaşı, enerji sahəsində də yeni sazişlər imzalamışıq.

  Türkiyədə 6 fevral zəlzələlərinə dəstək olan azərbaycanlı bacı-qardaşlarımıza bir daha təşəkkür edirəm. Mətbuat konfransımızdan sonra modernləşdirdiyimiz hərbi və texniki-təmir tikinti obyektinin açılışını edəcəyik.

  Son günlər bölgədə kritik hadisələr baş verdi. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə dilə gətirdiyi haqlı narahatlıqlarına lazımi cavabı tapa bilmədi. Öz ərazisində antiterror əməliyyatı keçirməli oldu. Əməliyyatın müvəffəqiyyəti qürurvericidir. Son qələbə ilə yeni imkan pəncərələri açıldı. Hesab edirəm ki, bu fürsətdən istifadə etmək lazımdır. Biz gözləyirik ki, Ermənistan bundan sonra ona uzadılmış sülh əlini tutsun və səmimi addımlar atsın. Sülhün itirənləri yoxdur.

  Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsindəki çıxışında bunları söylədi: “Naxçıvana xoş gəlmisiniz. Sizi səmimi qəlbdən salamlayıram. Bu, mənim öz qardaşımın Naxçıvana ikinci səfəridir. Biz Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyik.

  Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti burada da zorakılığa səbəb olub. Naxçıvan öz ərazisini qoruya bilib, lakin Naxçıvanın enerji ehtiyacı Azərbaycanın öhdəsində olduğu üçün və Ermənistan bütün xətləri kəsdiyi üçün Naxçıvan blokadada idi, elektrik - işıq yox idi.

  Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Bizim Naxçıvanda böyük planlarımız var. Bu planlar reallaşarsa, Naxçıvan enerji nöqtəsinə çevrilə bilər, burada böyük potensial var.

  5 gün əvvəl 24 saatdan az bir müddətdə antiterror əməliyyatı ilə Ermənistan ordusu təslim oldu və şərtlərimizi qəbul etdi. Hazırda Qarabağda yaşayan erməni xalqına humanitar yardım göndərilməyə başlanıb. Qarabağ bölgəsində yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi dövlətimiz tərəfindən təmin olunacaq. Bu günlər tərəflər arasında ikinci danışıqlar aparılır. Əminəm ki, Qarabağda yaşayan erməni xalqının inteqrasiya prosesi uğurlu olacaq”.

  İlham Əliyev türkiyəli həmkarına xitabən həm də bunları deyib: “Qardaş, bu hadisə başlayanda siz ABŞ-da idiniz. Orada dünyanın ən böyük tribunasından Azərbaycan dövləti haqqında ədalətli bəyanatlar verdiniz. Siz və bütün Türkiyə xalqı müharibədə bizimlə oldunuz. Bu, çoxları üçün mühüm siqnal oldu və xalqımız bu mənəvi dəstəyi unutmayacaq.

  Vaxtilə biz sizinlə TANAP layihəsinin təməlini qoymuş, bu boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçəcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələrə xidmət edəcək”.

  R.T.Ərdoğan və İ.Əliyev Naxçıvan Hərbi Kompleksinin açılışını da ediblər. Onlar qırmızı lenti kəsərək açılışı edib və sonra hərbi komplekslə tanış olublar.



Әlaqәli Xәbәrlәr