Prezident Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.
Məlumata görə, Türkiye ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.
R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik və digər rəsmi şəxslər müşayət edirlər.