Türkiye XİN Hakan Fidanın Nyu Yorkda keçirdiyi görüşlərlə bağlı paylaşım edib

Türkiyenin xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki Türk Evində Avropa Daxili İşlər Komissarı İlva Yohanson ilə görüşüb.

2040545
Türkiye XİN Hakan Fidanın Nyu Yorkda keçirdiyi görüşlərlə bağlı paylaşım edib
hakan fidan-iit.jpg
ab komiseri ylva johansson-fidan.jpg

Türkiyenin xarici işlər naziri Hakan Fidan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki Türk Evində Avropa Daxili İşlər Komissarı İlva Yohanson ilə görüşüb.
Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində nazir Hakan Fidanın Nyu Yorkda keçirdiyi görüşlərə dair paylaşım edilib.
"Nazirimiz Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Türk Evidə Avropa Daxili İşlər Komissarı İlva Yohansonla görüşüb. Görüşdə viza rejiminin sadələşdirilməsi və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri müzakirə edilib",-deyə Xarici İşlər Nazirliyinin paylaşımında vurğulanıb.
Nazirlikdən edilən başka paylaşımda isə Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Müsəlmanları Təmas Qrupunun toplantısında iştirak etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr