Türkiyə prezidentinin BMT çıxışı dünya mətbuatında
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci iclasındakı tarixi çıxışı bütün dünyada rezonans doğurub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci iclasındakı tarixi çıxışı bütün dünyada rezonans doğurub.
Ərdoğanın tarixi çıxışı dünya mətbuatında geniş işıqlandırılıb.
ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı BMT kürsüsündə ən diqqət çəkən çıxışın prezident Ərdoğana məxsus olduğunu yazıb, onun BMT Təhlükəsizlik Şurasını islahatlara çağırdığını və Qarabağ məsələsində Azərbaycanın tərəfində olduğunu bildirib.
“Al-Arabiya News” xəbər kanalı Türkiyə prezidentinin Qarabağla bağlı fikirlərini, çıxışında Azərbaycanın ərazi bütövlüyünü vurğuladığını səsləndirib.
“Deviscourse” saytı Ərdoğanın Qarabağa statusun verilməsinin qəbuledilməz olduğunu söylədiyini yazıb.
ABŞ-da yerləşən “Associated Press” (AP) xəbər agentliyi BMT tribunasından canlı yayımda bildirib ki, R.T.Ərdoğan qəti şəkildə müttəfiqi Azərbaycanın yanındadır.
Vaşinqtonda yerləşən “Al-Monitor” saytı Ərdoğanın “Qarabağ Azərbaycanın torpağıdır” sözlərini diqqətə çatdırıb.
Misirdə fəaliyyət göstərən “Ahram Online” da Türkiyə bəyanatlarında Azərbaycana sona qədər haqq verildiyini yazıb.
Fransada fəaliyyət göstərən "France 24" telekanalı Türkiyə prezidentinin islamafobiya ilə bağlı xəbərdarlığını vurğulayıb və yazıb: “Prezident Ərdoğan Qərb ölkələrinin İslamofobiya da daxil olmaqla irqçilik epidemiyası ilə üz-üzə qaldığını söylədi”.
Londonun “Middle East Eye” və ABŞ-ın “Washington Examiner” xəbər saytları “R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının çatışmazlıqlarına toxunaraq “Dünya beşdən böyükdür” şüarını təkrarladı” deyə yazıb.
Yunanıstan mətbuatı Ərdoğanın Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı çağırışına diqqət çəkib, “Kathimerini” qəzeti “Ərdoğan beynəlxalq ictimaiyyəti qıbrız-türk varlığını tanımağa çağırıb” başlığını manşetə çıxarıb.
Ərdoğan-Netanyahu görüşü isə İsrail mətbuatının gündəmində olub. “Haretz” qəzeti xəbərində “Türkiyə Səudiyyə Ərəbistanı və İsrailin normallaşma səylərinə müsbət baxır” ifadəsini işlədib.
Әlaqәli Xәbәrlәr

Türkiyə prezidenti Qətər, sonra Yunanıstana gedəcək
Görüşlər zamanı iki ölkə arasında əlaqələr də müzakirə ediləcək

“Pəncə-Kilid” bölgəsində 3 PKK-lı zərərsizləşdirildi
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ...