Yaşar Gülər: "Türkiye "Bir millət, iki dövlət" anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir"

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ​​Qafqazdakı sabitliyə böyük əhəmiyyət verdiklərini bildirib.

2038161

“Regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstəririk və “Bir millət,iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edirik”,-deyə Yaşar Gülər vurğulayıb.
Yaşar Gülər Milli Müdafiə Nazirliyində 19 sentyabr Qazilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edib.
Yaşar Gülər deyib: ''Milli məsələmiz olan Kıbrısda qarantiya və müttəfiqlik müqavilələri çərçivəsində kıbrıslı qardaşlarımızın qanuni maraqlarını dəstəkləyirik. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri və ölkəmizin koordinasiyası ilə taxıl böhranının qarşısının alınmasına böyük töhfə verən Qara Dəniz Taxıl Sazişinin yenidən canlandırılması istiqamətində konstruktiv təşəbbüslərimizi davam etdiririk''.

Әlaqәli Xәbәrlәr