Türkiyənin ən böyük gölü kiçilir

Suyun azalması səbəbindən gölün sahilində baş verən dəyişikliklər peyk görüntülərində də aydın nəzərə çarpır

2037052
Türkiyənin ən böyük gölü kiçilir

 

   Yağıntının azalması və güclü buxarlanma Türkiyənin ən böyük gölü olan Van gölünün sahəsinin kiçilməsinə səbəb olub.

  Suyun azalması səbəbindən gölün sahilində baş verən dəyişikliklər peyk görüntülərində də aydın nəzərə çarpır.

  ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) “Landsat” və Avropa Kosmik Agentliyinin “Sentinel-2” peykinin iyul ayında çəkdiyi fotoşəkillərdə əvvəllər su altında olan bir çox ərazinin quruya çevrildiyi görünür.

  Van gölündə suyun səviyyəsinin aşağı düşməsi nəticəsində indiyədək suyun altında qalan bəzi tarixi tikililər də üzə çıxıb.

  Yağıntıların azalması və temperaturun mövsüm normasından yüksək olması səbəbindən gölün hər gün daha çox su itirdiyinə diqqət çəkən ekspertlər yağışların artması ilə bu vəziyyətin düzələcəyinə ümid edirlər.



Әlaqәli Xәbәrlәr