Türkiye müdafiə sənayesi şirkətləri DSEI 2023 sərgisində iştirak edəcək

Türkiye müdafiə sənayesi şirkətləri  Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisində (DSEI 2023) iştirak edəcək.

2035726

Türk müdafiə sənayesi dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi  uğuru Avropaya daşımaq üçün yeni addımlar atır.
Sentyabrın 12-15-də “İnteqrasiya edilmiş gücə nail olmaq” mövzusunda keçiriləcək sərgidə hava, quru, dəniz, kiber və elektromaqnit fəaliyyətləri ilə kosmosdan ibarət əməliyyat sahələri arasında inteqrasiyanın uyğunluğu vurğulanacaq.
Qeyd edək ki, sərgidə 30 türk şirkəti öz məhsul və imkanlarını nümayiş etdirəcək.

Әlaqәli Xәbәrlәr