Rəcəb Tayyib Ərdoğan Luiz İnasio Lula da Silva ilə də görüşüb

G-20 liderlərinin sammiti ilə əlaqədar Hindistana səfər edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan burada  ikitərəfli görüşlər keçirməyə davam edir

2035114
Rəcəb Tayyib Ərdoğan  Luiz İnasio Lula da Silva ilə də görüşüb

G-20 liderlərinin sammiti ilə əlaqədar Hindistana səfər edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan burada  ikitərəfli görüşlər keçirməyə davam edir

Ərdoğan bu çərçivədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə də görüşüb.
Mətbuata qapalı keçirilən görüşdə Türkiye-Braziliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilib, həmçinin G20-yə üzv iki böyük ölkəni maraqlandıran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan görüşdə gələn il G20-yə sadrilik edəcək Braziliyaya uğurlar arzulayıb və iki ölkə arasında keçən il 5,6 milyard dollar olan ticarət həcminin birgə səylər nəticəsində 10 milyard dollara çatdırıla biləcəyini qeyd edib.

Prezident Ərdoğan G20 liderlərinin sammiti irvəsi çərçivəsində Türkiyə, Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliyadan ibarət qitələrarası qeyri-rəsmi məsləhət və koordinasiya platforması olan MİKTA-ya üzv ölkələrin dövlət başçıları ilə də görüşüb.

İclasda Avstraliyanın Baş naziri Entoni Albanese, İndoneziya Prezidenti Coko Vidodo, Cənubi Koreya Prezidenti Yoon Suk-Yeol və Meksikanın iqtisadiyyat naziri Raquel Buenrostro iştirak ediblər.



Әlaqәli Xәbәrlәr