Son bir həftədə Şimali İraq və Suriyada nə qədər terrorçu zərərsizləşdirilib?

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir ...

2034406
Son bir həftədə Şimali İraq və Suriyada nə qədər terrorçu zərərsizləşdirilib?

   Son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda Şimali İraq və Suriyada da daxil olmaqla 39 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) keçirdiyi mətbuat brifinqində 24 iyul 2015-ci il tarixindən indiyədək 38.528 terrorçunun zərərsizləşdirildiyi bildirilib. 

  Suriyanın Deyr-əz-Zor şəhərində ərəb qəbilələri ilə separatçı terror təşkilatı PKK/YPG arasında qarşıdurmalara gəlincə, nazirlik Türkiyənin Suriyada sabitliyin təmin edilməsi, suriyalıların təhlükəsiz qayıtması və normallaşması istiqamətində fəaliyyətlərinin davam etdiyini bildirib.

  Türkiyə əvvəldən bir terror təşkilatı olan PKK/YPG-nin digər terror təşkilatı DAEŞ-lə mübarizə bəhanəsi ilə yardım və dəstək verilməsini yanlış qərar olaraq dilə gətirib.

  Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib: “Bu hadisələr bizim nə qədər haqlı olduğumuzun bariz göstəricisidir. PKK/YPG və onun uzantıları təkcə ölkəmiz üçün deyil, həm də bölgə xalqı və insanlıq üçün böyük təhlükədir… Dost və müttəfiq ölkələrdən gözləntimiz PKK/YPG terror təşkilatına yardım və dəstəyin sonlandırılması, terrorla mübarizəmizdə yanımızda olmalarıdır.  

  Kərkükdə də sülh və əmin-amanlıq üçün gedən prosesləri yaxından izləyirik”.  



Әlaqәli Xәbәrlәr