Rәcәb Tayib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra xalqa müraciәt edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: ''Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyimiz görüşün dünya tərəfindən yüksək qiymətləndirildiyinə inanıram''.

2033592

Prezident Ərdoğan Prezident İqamətgahında keçirilən  Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə çox əhatəli və məhsuldar görüş keçirdiklərini ifadə edib.

''Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyimiz görüşün dünya tərəfindən yüksək qiymətləndirildiyinə inanıram'',-deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

İraq və Suriyadakı proseslərə də toxunan Türkiye Prezidenti deyib:"Həm bölgədəki aktyorlar, həm də regiondan kənar aktyorlar  tarixi həqiqətləri qəbul etməlidirlər. İraq və Suriyanın daxil olduğu coğrafiyanın 1000 və 1500 illik demoqrafik reallıqlarını nəzərə almayanlar bölgədə uğur qazana bilməzlər''.

Әlaqәli Xәbәrlәr