Hakan Fidan: "Ərəb tayfalarının YPG işğalına qarşı üsyanı qabaqcadan gördüğümüz məsələdir"

Hakan Fidan Avropa İttifaqının (Aİ) Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi ilə paytaxt Ankarada görüşüb.

2033936
Hakan Fidan: "Ərəb tayfalarının YPG işğalına qarşı üsyanı qabaqcadan gördüğümüz məsələdir"

"Suriyada ərəb tayfalarının YPG işğalına qarşı üsyanı bizim qabaqcadan gördüğümüzi bir məsələdir. YPG terrorunun qanuni qüvvə kimi təqdim edilməsinə son qoyulmalıdır. Əks halda, (Deyr əz-Zorda) gördüyümüz toqquşmalar yalnız başlanğıcdır". 

Bunu xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi ilə paytaxt Ankarada nazirlikdə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında etdiyi çıxışda deyib. 

Nazir H.Fidan "Aİ-nin siyasi maneələr qarşısında yumşaq rəftar etməməsini gözləyirik. Onların əlaqələrimizi inkişaf etdirmək üçün lazımi iradə nümayiş etdirmələrini və daha cəsarətli olmalarını istəyirik" deyib.

Ərəb tayfalarının Suriyada YPG işğalına qarşı üsyan qaldırmasının onların qabaqcadan gördükləri bir məsələ olduğunu bildirən Fidan başqa cür davrana bilmələrinin mümkün olmayacağını bildirib.

H.Fidan Türkiyenin Suriya siyasətinin mühüm elementinin Suriyadakı xalqların hər kəsin olduğu yerdə yaşaması olduğunu vurğulayaraq deyib: "Heç kim öz torpağından qovulmamalı və başqaları tərəfindən tabe edilməməlidir. Yəni ərəblərin, türkmənlərin və kürdlərin olduqları yerdə yaşaması vacibdir. Lakin Amerikanın dəstəklədiyi YPG-nin ərəb torpaqlarını işğal etməsi və xüsusən də onları tabe etməsi nəticəsində, biz bu cür təşəbbüslərin çoxdan başlayacağını proqnozlaşdırırdıq.Təəssüf ki, bunlar həm də iki icma arasında qan davasına çevriləcək uzunmüddətli nəticələrə gətirib çıxarır.

Burada, xüsusilə Amerika Birləşmiş Ştatlarına və digər müvafiq dövlətlərə səslənirik: “Bölgədə xüsusilə ərəblərin YPG əliylə təzyiq altına alınması son qoyulmalıdır. YPG terrorunun bölgədə qanuni qüvvə kimi göstərilməsi və onu zülm vasitəsinə çevirməsinə son qoyulmalıdır. Beləliklə, əgər bu sona çatmasa (Deyr əz-Zorda) gördüyümüz bu münaqişələr yalnız başlanğıcdır. Yəni regionumuz üçün daha təhlükəli ssenarilərin proqnozlaşdırılması qaçılmazdır”.

Varhelyi də çıxışında deyib: “Düşünürəm ki, biz Aİ-Türkiye münasibətlərini yaxşılaşdıra bilərik. Türkiye ilə əlaqələr hər zaman əsas əhəmiyyət daşıyır. Söhbət miqrasiya dalğasına gəldikdə, dağıdıcı zəlzələnin vurduğu ziyana gəldikdə, biz Türkiye xalqı ilə bir yerdə olduq və geosiyasi baxımdan mühüm olan regionda da, bizim ətrafımızda və Türkiye ətrafında baş verən dalğalanmalara birlikdə reaksiya verdik. Türkiye daha əvvəl də Cənab Nazir tərəfindən söyləndiyi kimi bizim üçün dost ölkədir".



Әlaqәli Xәbәrlәr