Yunanıstan sularından itələnən qeyri-qanuni mühacirlər xilas edilib

Türkiyenin Muğla vilayətinin sularında Yunanıstan tərəfinin Türkiye sularına geri itələdiyi rezin qayıqlarda olan 22 qeyri-qanuni mühacir xilas edilib.

2027293

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, müxtəlif vaxtlarda Bodrum və Datça rayonları sahillərində rezin qayıqlar və xilasedici sallarda qeyri-qanuni mühacirlərin olduğu xəbərinə görə Sahil Mühafizə katerləri bölgəyə cəlb olunub.

Komandalar Yunanıstan tərəfinin yenidən Türkiye ərazi sularına sıxışdırılan rezin qayıqlar və xilasedici sallarda olan 22 qeyri-qanuni mühaciri xilas edib.

Qeyri-qanuni miqrantlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.

Әlaqәli Xәbәrlәr